Neft 8 faiz ucuzlaşıb
21 Aprel 2009 Çərşənbə Axşamı 10:40
Neftin qiymətinin aşağı düşməsinə dolların bahalaşması səbəb olub

Yeni həftənin ilk günlərində dünya bazarında neft 8 faiz ucuzlaşıb. Ən son məlumatlara görə, Nyu-York əmtəə birjasında Texas nefti 46 dollar 28 sentə, Londonda isə Brent markalı qara qızıl 49 dollar 91 sentə təklif olunur. Azəri Light markalı Azərbaycan neftinin 1 barreli isə ötən həftənin sonunda keçirilmiş hərraclarda 52 dollar 83 sentə satılıb. Neftin qiymətinin aşağı düşməsinə dolların bahalaşması səbəb olub.
Ötən gün valyuta birjalarında Avropanın vahid valyutası 1 dollar 29 sentə dəyişdirilib. Qızılın unsiyası isə 882 dollara və yaxud qramı 28 dollar 45 sentədir./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar