Ötən gün dünya bazarında neft 49 dollara qədər ucuzlaşıb. Sonradan isə qiymət bir qədər artıb. «Bloomberg» agentliyinin yaydığı məlumata görə, Nyu-York əmtəə birjasında "Texas" nefti 49 dollar 50 sentə, Londonda isə "Brent" markalı qara qızıl 51 dollar 36 sentə təklif olunub.
Maliyyə bazarlarında 1 avro 1 dollar 32 sentə dəyişdirilib. Qızılın unsiyası isə 882 dollara və yaxud qramı 28 dollar 45 sentə qalxıb./ANS PRESS/