Neft 2 dollardan da çox ucuzlaşdı
12 Sentyabr 2009 Şənbə 03:30
“Qara qızıl”ın bir bareli Nyur-York birjasında 69,29 dollara, London birjasında isə 67,69 dollara düşüb
Amerika valyutasının kursunun erməsinə və ABŞ-da yanacaq ehtiyyatının artması ilə bağlı məlumatlara baxmayaraq, ötən gün dünya bazarlarında neft 2 dollardan da çox ucuzlaşıb.
Nyu-Yorkdakı NYMEX (New York Merchantile Exchange) birjasında “Light Sweet Crude” markalı neftin bir barelinin qiyməti 2,65 dollar azalıb və 69,29 dollara düşüb.
Londondakı ISE (InterContinental Exchange Futures) birjasında isə “Brent Crude Oil” markalı neftin qiymətində 2,17 dollar ucuzlaşma qeydə alınıb və bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 67,69 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar