NBC Bankın Əhmədli filialı açıldı
02 Avqust 2012 Cümə Axşamı 09:56
Filial həm fiziki, həm də korporativ müştərilərə müxtəlif bank xidmət və məhsullarını təqdim edir.
01.08.2012-ci il tarixindən etibarən NBC Bankın Əhmədli filialı işə başlayıb. Yeni filial Bakı şəhəri Məhəmməd Hadi küçəsi 41-də yerləşir (Əhmədli metrostansiyası yaxınlığında).
NBC Bankın Əhmədli filialı həm fiziki, həm də korporativ müştərilərə müxtəlif bank xidmət və məhsullarını təqdim edir. Onların arasında depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, və digər bank xidmətləri daxildir.
Hal-hazırda Əhmədli filialı ilə bərabər, bankın Bakı şəhərində 6 (Mərkəz, 1 saylı, Sahil, Yasamal, Səbail, Gənclik) və bölgələrdə 4 filialı (Sumqayıt, Gəncə, Lənkəran, Şəki) fəaliyyət göstərir.
Xatırladaq ki, NBC Bank 1992-ci ildə təsis edilib, ölkədə ilk və aparıcı banklardan biri hesab olunur.
NBC Bankın təklif etdiyi bank xidmətləri haqqında daha ətraflı məlumat üçün (012) 932 nömrəsinə zəng edə bilərsiniz.
NBC Bank - hər zaman yanınızda!
DOSTLARINLA PAYLAŞ: