NBC Bank Əhmədli filialı açılıb
01 Avqust 2012 Çərşənbə 14:54
Azərbaycanın «NBC Bank» ASC-nin «Əhmədli» filialı bu gün işə başlayıb.
 Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni filial Bakı şəhəri, Məhəmməd Hadi küç.,41 ünvanında («Əhmədli» metro stansiyası yaxınlığında) yerləşir.

«NBC Bank»ın Əhmədli filialı həm fiziki, həm də korporativ müştərilərə müxtəlif bank xidmət və məhsullarını təqdim edir. Onların arasında depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətləri var.

Hazırda Əhmədli filialı ilə bərabər, bankın Bakı şəhərində 6 («Mərkəz», 1 saylı, «Sahil», «Yasamal», «Səbail», «Gənclik») və bölgələrdə 4 filialı (Sumqayıt, Gəncə, Lənkəran, Şəki) fəaliyyət göstərir. Xatırladaq ki, «NBC Bank» 1992-ci ildə təsis edilib və ölkədə ilk və aparıcı banklardan biri hesab olunur.

«NBC Bank»ın təklif etdiyi bank xidmətləri haqqında daha ətraflı məlumat üçün (012) 932 nömrəsinə zəng etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar