NBC Bank depozit portfelini artırıb
17 Fevral 2012 Cümə 23:05
Bankın kredit portfeli 22.8 % artaraq 52,5 milyon manat təşkil edib.
Ötən ilin yekunlarına əsasən, “NBC Bank” ASC-nin əhalidən cəlb etdiyi əmanətlərin məbləğini 2,13 dəfə artıraraq, 23,48 milyon manata çatdırıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ilin yanvar ayının 1-ə bankın kredit portfeli əvvəlki ilə muqayisədə 22.8 % artaraq 52,5 milyon manat olub ki, bu artım əsasən biznes, istehlak və ipoteka kreditlərində özünü daha çox göstərib.

Bank 2011-ci ildə İpoteka Fondunun müvəkkil banklar siyahısına daxil olaraq ipoteka kreditləri verməyə başlayıb. Həmçinin ötən illə müqayisədə bank aktivlərinin artımı müvafiq olaraq 26,8% təşkil edib.

2011-ci ildə “NBC Bank” ASC Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, qazanılmış mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi həyata keçirilib və nəticədə bankın nizamnamə kapitalı artaraq 16.39 milyon manat məbləğınə çatdırılıb.

Qeyd edək ki, “NBC Bank” ASC 2011-ci ildə regionlarda filial şəbəkəsini genişləndirərək Lənkəran və Şəki şəhərlərində 2 yeni filial açıb. Bununla da bankın filial sayı Bakı və regionlarda 10-a çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar