Nazir müavini: «SSRİ-dən qalan bank əmanətlərinin nə vaxt qaytarılacağı bilinmir»
03 May 2011 Çərşənbə Axşamı 15:08
Azərbaycanda SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılmamasının səbəbi müvafiq qanunun qəbul edilməməsi ilə bağlıdır.
«APA-Economics»in məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib. Nazir müavininin sözlərinə görə, əgər belə qanun qəbul olunarsa, əmanətlərin qaytarılması məsələsinə baxıla bilər.
Hələliksə, köhnə əmanətlərin nə vaxt qaytarılacağı məlum deyil. A.Bayramov əmanətlərin 2015-ci ilə qədər qaytarılıb-qaytarılmayacağını da dəqiqləşdirməyib.
«Dövlətin bu əmanətləri qaytarmaq imkanı varmı?» sualına cavab olaraq nazir müavini bildirib ki, bu, hesablamaların necə aparılacağından və ümumilikdə əmanətlərin qaytarılması üçün nə qədər pul tələb olunacağından asılıdır. Bundan başqa, əmanətlərin dəqiq məbləği dəqiqləşdirilməlidir: «Burada açıq qalan məsələlər hələ çoxdur». ANSPRESS
DOSTLARINLA PAYLAŞ: