Nazir: Azərbaycanın valyuta ehtiyatları 40 milyard dollara çatıb
06 İyul 2011 Çərşənbə 13:14
Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Azərbaycanın valyuta ehtiyatlarının həcmi 40 milyard ABŞ dollarına çatıb ki, bu da ölkənin xarici borcunu 7 dəfə üstələyir. APA-nın məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Azərbaycan diasporu nümayəndələrinin dövlət qurumlarının rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, valyuta ehtiyatlarının 40 milyard dollar, illik büdcənin isə 20 milyard dollar olması Azərbaycanda iqtisadi inkişafın yüksək göstəricisidir.

Nazir Azərbaycanda sənayeləşmə prosesinin başlandığını qeyd edib. Bu proses zamanı dünyada öncül texnologiyaların Azərbaycana gətirilməsi, sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulub. Şahin Mustafayev bildirib ki, sənaye şəhərciklərinin Azərbaycanın Sumqayıt, Gəncə şəhərlərində və Bakının Qaradağ rayonunda yaradılması planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar