Naxçıvanda mehsul istehsalının deyeri artıb
22 Oktyabr 2013 Çərşənbə Axşamı 11:50
Naxçıvanda 259 milyon 329 min manatdan çox kend teserrüfatı mehsulları istehsal olunub.
Son 9 ay ərzində Naxçıvan Muxtar Respublikasının (MR) kənd təsərrüfatı sahəsi üzrə təsərrüfat subyektlərinə 9 milyon 772 min manata yaxın həcmdə kreditin verilməsi təmin olunub. ANS PRESS-in Naxçıvan MR-in Statistika Komtisənin saytına istinadən verdiyi məlumata görə, həyata keçirilən aqrar siyasətin nəticəsi olaraq 2013-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada 259 milyon 329 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar