Natiq Əliyev: “BP Azərbaycanda əməliyyatları davam etdirəcək”
19 İyul 2010 Bazar Ertəsi 12:10
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev “Bloomberg” agentliyinə müsahibə verib.
"BP şirkəti Azərbaycanın iri qaz kondensat yatağı olan “Şahdəniz” layihəsi çərçivəsində əməliyyatları davam etdirəcək". Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bazar günü Batumidə “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Biz əsas tərəfdaşımız kimi, BP-nin və ya digər sərmayədarların dəyişdirilməsi imkanlarını nəzərdən keçirmirik. “Şahdəniz”in işlənməsi üzrə konsorsium artıq yaranıb. İşlər yaxşı gedir və bu müzakirə olunmur. Bundan əvvəl dünya KİV-də BP-nin öz aktivlərinin bir hissəsini satacağı, əldə olunan vəsaiti isə Meksika körfəzindəki quyuda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına yönəldəcəyi barədə ehtimallar səslənirdi. Daha sonra “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller deyib ki, şirkət üçün BP-nin Azərbaycanın iri “Şahdəniz” layihəsindəki payını almaq maraqlı olardı, lakin o bildirib ki, “Qazprom”a belə müraciətlər daxil olmayıb”, - deyə Natiq Əliyev bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar