Nağd dollarlaşma Mərkəzi Bankın ehtiyatlarını azaltdı
15 May 2009 Cümə 16:00
Mərkəzi Bankın ehtiyatları ilin ilk rübündə 20 faiz azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları daxili bazarda ABŞ dollarının satışının artmasının nəıticəsi olaraq cari ilin ilk rübündə 20% azalıb. "İlin əvvəlində ölkədə ABŞ dollarına ajiotajlı tələbat vardı və biz onu təmin etmək üçün ehtiyatları xərclədik. Bu məqsədlə $1,25 mlrd israf olunub", - deyə AMB baş direktoru Xəqani Abdullayev Turana bildirib. Amma onun sözlərinə görə, birinci rüb üçün ölkənin tədiyə balansının analizi göstərdi ki, ehtiyatların azalması kapitalın ölkədən xaricə axını ilə nəticələnmədi. "Deyilən dövrdə dövriyyədən əsasən 50 və 100 manatlıq əskinaslar çıxarılıb. Bu isə onu göstərir ki, nağd dollar yığımı baş verirdi", - deyə məmur izah edib.
    1 may üçün AMB-nin rəsmi ehtiyatlarının həcmi $4906,6 mln təşkil edib. İlin əvvəlində bu rəqəm $6137 mln idi. Üstəlik, ötən il bu rəqəm 53% artıb. Neqativ tendensiyaya baxmayaraq, Mərkəzi Bankda qarşıdan gələn aylarda ehtiyatların doldurulması imkanlarına nikbinliklə baxırlar. "Mayda biz dollarları geri almağa başladıq. Bunun dünyada neftin qiymətinin artması da daxil bir sıra səbəbləri vardı. Düşünürəm ki, ilin sonuna kimi valyuta ehtiyatlarının həcmini bərpa edə biləcəyik. Daha əlverişli şərait olsa, bir az da artıracağıq", - deyə Abdullayev qeyd etdi.
    "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, neftin qiyməti həqiqətən bahalaşacaq, amma bir qədər yavaş. Bunun səbəbləri sırasında o, yanacağa olan tələbatın tədricən artmasını və dünyanın müxtəlif regionlarında təsdiq edilməmiş neft ehtiyatlarına əvvəlki qədər tez-tez sifarişlərin olmamasını göstərdi. Qeyd edək ki, 2009-cu ilin yanvar-martında xərclərin gəlirlərdən 3 % çox olması nəticəsində Azərbaycan Neft Fondunun aktivləri $10,9 mlrd-a qədər azalıb. /Turan/



DOSTLARINLA PAYLAŞ:

oyunlar