Naftalanda sahibkarlar üçün treninq keçirilib
23 Avqust 2010 Bazar Ertəsi 16:30
Onlara yüksək keyfiyyətli məhsul istehsalı barədə məlumat verilib.
Naftalan şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Sahibkarlığın inkişafında işgüzar əlaqələrin rolu” mövzusunda treninq keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, eləcə də 15-dən çox sahibkar iştirak edib.

Treninqdə yüksək keyfiyyətli məhsul istehsalı və satışın təmin edilməsi üçün işgüzar əlaqələrin qurulması, davranışın tənzimlənməsi, etik prinsiplər və normalar, korporativ etika kodeksləri və s. barədə sahibkarlara ətraflı məlumat verilib.

Tədbir çərçivəsində həmçinin sahibkarlara metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar