«Nabucco»ya yeddinci partnyor qoşulacaq
22 Oktyabr 2009 Cümə Axşamı 13:35
Qaz kəməri layihəsinə İranın qoşulub-qoşulmayacağı isə Tehranda məlum olacaq
Azərbaycan qazının nəqlinə dair saziş planlaşdırılan “Nabucco” qaz kəməri layihəsinin həyata keçirilməsi üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. “Nabucco”dan danışarkən Türkiyənin energetika naziri Hilmi Gülən deyib ki, Fransanın «JDF Suez» şirkətinin qaz kəməri layihəsinə yeddinci partnyor kimi qoşulmasını dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycanla razılığın qarşısında elə də böyük sayda maneə yoxdur. Nazir iki ölkənin qiymətləri müzakirə etdiklərini və danışıqlarda bir çox məsələlərin həll edildiyini bildirib.

Verilən məlumata görə, bundan əvvəl rəsmi Ankara Fransanın «Nabucco» layihəsində iştirakına qarşı çıxırdı. Buna səbəb isə Fransada ermənilərin qətliamını inkar üçün cəza nəzərdə tutan qanunun qəbul edilməsi idi.

Bundan başqa, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Türkiyənin İranla qaz sahəsində 3.5 milyard dollar dəyərində olan planlarını davam etdirmək əzmində olduğunu və bu məsələlərin baş nazir Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri zamanı müzakirə ediləcəyini deyib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar