Avropa və ərəb enerji şirkətləri Avropanın Rusiyadan asıllığını azaltmağı planlaşdıran «Nabucco» layihəsi üçün kifayət qədər təbii qaz ehtiyatını formalaşdırmaq üçün yeni bir konsorsium yaradıb. Yaradılan yeni qurum İraqın şimalından «Nabucco»ya qaz almaq üçün bölgəyə 8 milyard dollarlıq investisiya yatıracaq.
Birləşmiş Ərəb Əmirliklərinin «Crescent Petroleum» və «Dana Gas» şirkətləri «Nabucco» təbii qaz boru xətti üçün gərəkli olan qazı əldə etmək üçün İraqın şimalında kifayət qədər qaz ehtiyatı olduğuna inandıqlarını bildiriblər.
8 milyard dollarlıq layihədə «Nabucco»nun ortaqlarından olan Avstraliyanın «OMV», Macarıstanın «MOL» şirkətləri, «Crescent Petroleum» və «Dana Gas» şirkətləri birlikdə yer alacaq.
«Crescent Petroleum»un idarə heyətinin sədri Bədr Cəfər «Reuters»ə açıqlamasında 2014-cü ilə qədər gündə 3 milyard kub (gündə 84 milyon, illik 30 milyard metr kub) metrdən artıq qaz istehsal etmək potensialının olduğuna əmin olduğunu bildirib.
Oxsford İnstitutunun Enerji Çalışmaları təbii qaz araşdırma mərkəzinin müdiri Conathan Stern gündə 1,5 milyard kub metr qazın boru xəttinə veriləcəyini, bunun da «Nabucco»nun ilk mərhələsi üçün kifayət edəcəyini qeyd edib. /ANS PRESS/