Muzdla işləyənlərin əmək haqqı açıqlandı
07 Fevral 2014 Cümə 16:27
Son bir ayda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər olub.
Son bir ayda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər olub. ANS PRESS-in Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, müzdlu işçilərin 900,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 13,0 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə fəaliyyət göstəriblər. Eyni zamanda muzdla işləyənlərin 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2013-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 423 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar