Muğanbankdan SMS Bildiriş
23 Dekabr 2010 Cümə Axşamı 13:10
Artıq real vaxt rejimində plastik kart hesabından aparılan bütün əməliyyatlar barədə məlumat almaq mümkündür
“Muğanbank ASC” “ATM SMS Notification enrollment” – yeni “SMS Bildiriş” xidmətini təklif edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu xidmət vasitəsilə real vaxt rejimində plastik kart hesabından aparılan bütün əməliyyatlar barədə məlumat almaq mümkündür.

Müştəri bunun köməyi ilə hesabına pul vəsaiti daxil olduğunu və ya hesabından ödəniş aparıldığını öyrənə bilər. Əməliyyat başa çatan kimi dərhal mobil telefona həmin əməliyyat barədə SMS göndəriləcək. Beləliklə, əmək haqqının ödənişi, köçürülən pulun daxil olması və plastik kart hesabı üzrə digər əməliyyatlar barədə məlumat almaq mümkün olacaq.

Beləliklə, həftənin 7 günü, günün 24 saatı, harada və nə vaxt olmağından asılı olmayaraq, bankın müştəriləri plastik kart hesabını öz nəzarətində olacaq.

“ATM SMS Notification enrollment” xidmətindən istifadə qaydaları:

1. “ATM SMS Notification enrollment” –“SMS Bildiriş” xidmətindən istifadə bankomatda, POS terminalda və internetdə aparılmış bütün əməliyyatlar barədə kart sahibi tərəfindən seçilən nömrəyə göndərilən SMS vasitəsilə elə həmin an məlumat almaq imkanı verir. Bu xidmət bütün mobil şəbəkələrin abonentləri üçün açıq. Müştərilər ayda 4 Manat və ya ildə 48 Manat ödəməklə bu xidmətdən istifadə edə bilərlər. Müştəri kart alan zaman ona “SMS Bildiriş” xidməti barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, xidməti aktivləşdirmək üçün müştəri “Muğanbank” ASC-nin baş ofisinə yaxınlaşmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar