“Muğanbank”ın səhmləri emissiya edilib
18 Mart 2010 Cümə Axşamı 12:55
Muğanbankın səhmləri Bakı Fond Birjasında yerləşdirilib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Muğanbank” ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bakı Fond Birjasından ANS PRESS-ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi AZ100100546P
Emissiyanın həcmi 1 000 000 AZN
Qiymətli kağızın miqdarı 5 000 ədəd
Nominal dəyəri 200 AZN
Anderrayter “Texnika Kapital Menecment” MMC

Səhmləri əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar