"Muganbank"dan milyon manat
11 Dekabr 2009 Cümə 15:35
"Muganbank"dan milyon manat. Bakı Fond Birjası bankın səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Muganbank" ASC-nin 1 milyon manatlıq sənədsiz adlı adi səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Komitənin məlumatında deyilir ki, bankın bir səhminin qiyməti 200 manatdır.
Yeni səhmlər Bakı Fond Birjasında açıq yerləşdirmə üsulu ilə yerləşdirilicək.
"Muganbank"ın ödənilmiş nizamnamə fondu 13 milyon manatdır. Səhmdarları 4 fiziki şəxs-rezidentdir.
Qeyd edək ki, 1992-ci ildən başlayaraq “MuğanBank”ın başlıca məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq, geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olub. Yarandığı tarixdən etibarən 15 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, servis və xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: