“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbulda dəvət olunduğu səneyeçilər və sahibkarlar konfransında iştirakdan imtina edib. ANS PRESS, Türkiyənin «Milliyət» qəzetinə istinadən xəbər verir ki, azərbaycanlı milyarderin bu addımı Türkiyə-Ermənistan sərhədlərinin açılması təhlükəsinə qarşı etirazdır. Mübariz Mənzimov bəyan edib ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu müddətdə Türkiyənin bu ölkə ilə sərhədləri açmağa haqqı yoxdur: «Mənim etirazım bununla bağlıdır. İstəyirəm ki, mənim türkiyəli həmkarlarım hökuməti sərhədləri açmamağa çağırsınlar. Azərbaycanda 2000-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir və onların hər biri həm Ahərbaycana, həm də Türkiyəyə fayda verir. Ona görə də sərhədlərin açılmasının onların işinə necə mənfi təsir göstərəyini düşünün. Türkiyə hökuməti sərhədləri açmazdan əvvəl bunun nəticələrini hesablamalıdır».
Bundan başqa, Azərbaycan Türkiyə İş adamları Birliyi (ATİB), konfransdan əvvəl bəyanat yayıb. Bəyanatda deyilir: «Biz ATİB olaraq sərhədlərin açılmasını dəstəkləyənlər bu sualı səmimi şəkildə cavablamalarını istiyirik: Türkiyə torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilsəydi və xalqımızın 1/8 hissəsi qaçqın və məcburi köçkün olsaydı siz Azərbaycanın Ermənistanla sərhədləri açmasını necə qiymətləndirərdiniz».
Toplantıda iştirak edən və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları bildiriblər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması təhlükəsi onların fəaliyyətinə maneəçilik törədir: «Keçən aydan etibarən Türkiyə vətəndaşlarına viza verilərkən daha geniş araşdırmalar aparılır. Əvvəllər 1 illik viza və yaşamaq hüququ verilirdisə, indi bu müddət 3 aya endirilib». /ANS PRESS/