Mübariz M. "dünyada ilin iş adamı" seçilib
15 Mart 2009 Bazar 16:35
Azərbaycanlı iş adamı mükafatla Türkiyə və dünyanın müxtəlif ölkələrində biznes sahəsində əldə etdiyi uğurlara görə təltif edilib
Azərbaycanlı iş adamı, «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənismov «dünyada ilin iş adamı» mükafatına layiq görülüb. Onu adıçəkilən mükafata Türkiyənin Əskişehir Təşəbbüskar Sənayeci İş Adamları Dərnəyi (EGSİAD) layiq görüb. M. Məsimov mükafatla Türkiyə və dünyanın müxtəlif ölkələrində biznes sahəsində əldə etdiyi uğurlarına görə təltif edilib. Mübariz Mənsimova mükafatı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Mükafatçıların arasında baş nazir və həyat yoldaşı özüdə olub. Belə ki, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan «Yunus Əmrə Sevgi və Sülh» mükafatına layiq görülüblər.
Qeyd edək ki, mərasimdə 5 kateqoriya üzrə 25 nəfərə mükafatlar təqdim olunub.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar