Mökəmlənən dollar nefti ucuzlaşdırdı
05 Dekabr 2009 Şənbə 01:30
Mökəmlənən dollar nefti ucuzlaşdırdı. Ötən gün Böyük Britaniya və ABŞ-ın əmtəə bazarlarında “qara qızıl” 1 dollaradək ucuzlaşıb.
Dolların kursunun möhkəmlənməsi səbəbindən ötən gün Böyük Britaniya və ABŞ-ın əmtəə bazarlarında neftin qiymətində azalma müşahidə olunub. Birləşmiş Ştatların milli valyutasının kursunun avro və Yaponiya iyeni ilə müqayisədə artımı Amerika əmək bazarındakı vəziyyətin yaxşılaşması ilə əlaqələndirilir.

London birjasında neftin bir barelinin qiyməti 82 sent azalıb və 77,52 dollara düşüb.

Nyu-York əmtəə birjasında isə “qara qızıl”ın qiymətində 1 dollar azalma baş verib. Birjada Texas neftinin bir barelinin qiyməti 75,46 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar