Misirdəki iğtişaşlar nefti kəskin bahalaşdırdı
29 Yanvar 2011 Şənbə 03:15
“Qara qızıl”ın bir barelinin qiyməti 2,03-3,70 dollar artıb.
Misirdə hökumət əleyhinə nümayişlər fonunda dünya bazarlarında neftin qiymətində kəskin sıçrayış qeydə alınıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,03 dollar artaraq, 99,42 dollara, son 28 ayda ən yüksək həddə çatıb

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft birdən-birə 3,70 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 89,34 dollara çatıb.

Xatırladaq ki, Misirdə yanvarın 25-dən iqtisadi və siyasi islahatlar, eləcə də ölkəni 30 ildir idarə edən 82 yaşlı Hüsnü Mübarəkin istefası tələbi ilə nümayişlər başlayıb. Ötən gün Qahirədə və ölkənin digər şəhərlərində kütləvi aksiyalar davam edib. Son məlumatlara görə, toqquşmalar nəticəsində 18 nəfər həlak olub, 1100-dən çox adam xəsarət alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar