Minimum aylıq əməkhaqqı artırılıb
01 Dekabr 2011 Cümə Axşamı 18:52
Minimum aylıq əməkhaqqının məbləği bu gündən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilib.
Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncamla "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1078 nömrəli sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar