1,875 min vergi ödəyicisi cəzalandırılıb
12 Aprel 2010 Bazar Ertəsi 18:00
1206 vergi ödəyicisi nəğd hesablaşma qaydalarını pozub.
Bu ilin mart ayında Vergilər Nazirliyi əməliyyat tədbirləri nəticəsində 1,875 min vergi ödəyicisinin fəaliyyətində müxtəlif pozuntular aşkar edib. Vergilər Nazirliyinin məlumatda deyilir ki, martda 1206 vergi ödəyicisi nəğd hesablaşma qaydalarını pozub, 124-ü ödəniş vasitəsi kimi xarici valyuta qəbul edib, bunun üçün nəzərdə tutulmayan yerlərdə xarici valyutanın alqı-satqısı ilə məşğul olub.
Bundan əlavə, əməliyyat reydləri nəticəsində hesabat ayı ərzində vergi uçotunda durmayan 108 fiziki və hüquqi şəxsin fəaliyyəti aşkarlanıb, daha 327 vergi ödəyicisi müvafiq lisenziya olmadan fəaliyyət göstərib.
Məlumatda vurğulanır ki, 51 vergi ödəyicisinin obyektlərində əmək müqaviləsi olmadan 66 şəxs işləyib, 159 vergi ödəyicisi sərnişin daşınması sahəsində fəaliyyət üçün vergilərin ödənişini təsdiq edən “Fəqrlənmə nişanı”na malik olmayıb.
Daha 13 vergi ödəyicisinin obyektlərində satışda aksiz markası olmayan məhsullar aşkarlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: