Milli Depozit Mərkəzi MDM daha 6 təşkilatla saziş imzalayıb
12 May 2011 Cümə Axşamı 17:57
Azərbaycan Milli Depozit Mərkəzi 6 müəssisə və kredit təşkilatı ilə reyestrin aparılması üzrə xidmət göstərəcək.
Ötən ay Azərbaycan Milli Depozit Mərkəzi (MDM) 6 müəssisə və kredit təşkilatı ilə reyestrin və depozitariyanın aparılması üzrə xidmətin göstərilməsi üçün saziş imzalayıb. Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, onlar arasında "Caucauses Texnologies", "Binəqədi Təmir Tikinti" ASC, "Kredaqro BOKT" QSC, "Maliyyə Resurs Mərkəzi" BOKT, "Sumqayıt Şirniyyat" ASC və "Gəncə Cihazqayırma zavodu" ASC var.

Xatırladaq ki, mart ayında Milli Depozit Mərkəzi "Kredobank", "Unibank" və "Azərbaycan Dəmir Yolları" ASC ilə depozitariya və reyestrin aparılması barədə müqavilə imzalayıb. Fevralda isə belə müqavilə "Məişət Maye Qaz" ASC, yanvarda "İnnovativ Tədris Mənbələri" QSC, "Sabirabad İnşaat Xidməti" ASC ilə bağlanıb.

Qeyd edək ki, MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Dövlət Əmlak Komitəsi çıxış edirdi. QKDK-nın yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar