Mərkəzi Bankın valyuta ehtiyatları artıb
08 Aprel 2011 Cümə 16:27
Birinci rüb ərzində bu rəqəm 6,7 milyard dolları ötüb
Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi bu ilin ilk rübü ərzində artıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ilin əvvəli ilə müqayisədə bu rəqəm 310,8 milyon ABŞ dolları olub.
Bu rüb ərzində bu məbləğ 4,9 faiz artaraq 6 milyard 718,4 milyon ABŞ dollarına çatıb.
DOSTLARINLA PAYLAŞ: