Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlrd dollara qədər artıb
02 Sentyabr 2011 Cümə 12:41
2012-ci ilə qədər bankın valyuta ehtiyatları $8 mlrd.-a çata bilər
2011-ci ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları avqustun 31-nə 11% - $7 mlrd. 114,2 mln-a qədər artıb. Bu barədə AMB-dən məlumat verilib.

Bankın məlumatına görə, 2011-ci ilin avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları 0,57% və ya $40,4 mln. artıb.

Xəbər verildiyi kimi, 2011-ci ilin 1 yanvar tarixinə AMB-nin valyuta ehtiyatları $6 mlrd. 407,6 mln. təşkil edib. 2010-cu ildə bankın valyuta ehtiyatları 24,1% artıb.

AMB-nin qiymətləndirməsinə görə, 2012-ci ilə qədər bankın valyuta ehtiyatları $8 mlrd.-a çata bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar