Mərkəzi Bankın valyuta ehtiyatı azalıb
14 İyun 2010 Bazar Ertəsi 16:30
Ötən ay valyuta ehtiyatlarının səviyyəsi aprellə müqayisədə 2,6 faiz aşağı düşüb.
May ayında Mərkəzi Bankın valyuta ehtiyatı 140 milyon manat azalıb. Mərkəzi Bankın məlumatına görə, ötən ay valyuta ehtiyatlarının səviyyəsi aprellə müqayisədə 2,6 faiz aşağı düşərək 5 milyard 361 milyon manat təşkil edib.

Amma maydakı azalmaya baxmayaraq son 1 ildə Mərkəzi Bankın ehtiyatları 3,6 faiz artıb. Ötən müddətdə Mərkəzi Bank tərəfindən birbaşa kreditlərin ayrılmadığını bildirən mütəxəssislər valyuta ehtiyatlarının azalmasını valyuta bazarında baş verən proseslərlə əlaqələndirir. Belə ki, dolların bahalaşması ilə əlaqədar dünyanın əksər ölkələrində milli valyutalar ucuzlaşsa da, Azərbaycanda manat-dollar məzənəsi sabit saxlanılıb.

Qeyd edək ki, bu sahədə ən təhlükəli vəziyyət ötən ilin əvvəlində baş verib. Həmin vaxt məzənnə sabitliyinin qorunması üçün bazara 1 milyard dollara qədər vəsait buraxılmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar