Mərkəzi Bankın sədri AYİB nümayəndəsini qəbul edib
01 Mart 2012 Cümə Axşamı 18:30
Görüş zamanı AYİB-in Azərbaycanda hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı AYİB-in Azərbaycanda hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Mərkəzi Bankla AYİB arasında əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini vurğulayan E.Rüstəmov bildirib ki, hazırda AYİB-nın Azərbaycan bank sistemi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr uğurla həyata keçirilib.

Öz növbəsində AYİB-in maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseyman təmsil etdiyi qurumun ölkəmizlə, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, Mərkəzi Bankın qlobal maliyyə böhranı şəraitində bank sektoruna yaxından dəstək olduğunu vurğulayaraq görülən anti-krizis tədbirlərinin və “post-krizis” hədəflərinin realizasiyası bank sektorunun sabitliyinə və dayanıqlığına imkan verdiyini bildirib.

Görüşdə həmçinin Mərkəzi Bank ilə AYİB arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar