Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
22 İyun 2011 Çərşənbə 20:01
Hərraca hər birinin dəyəri 100 manat olan 35 milyon manatlıq qısamüddətli not çıxarılıb.
Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50102430S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 milyon manat, hərraca çıxarılan həcmi 35 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərracda 5 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 19 507 100 manat təşkil edib

Sifarişlər 99.8446% (gəlirlik 2.00%) və 99.7285% (gəlirlik 3.50%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.7285% (gəlirlik 3.50%), orta ölçülmüş qiyməti – 99.8010% (gəlirlik 2.56%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 19 507 100 manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 20 iyul 2011-ci ildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar