Mərkəzi Bankın notlarına tələb artıb
19 Avqust 2010 Cümə Axşamı 16:05
Bu il Mərkəzi Bank tərəfindən 4 həftəlik notların buraxılışı həyata keçirilib.
Bu il pul bazarının likvidliyini tənzimləmək məqsədi ilə Mərkəzi Bank tərəfindən 4 həftəlik notların buraxılışı həyata keçirilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2010-cü ilin ikinci rübü ərzində Mərkəzi Bankın notlarına tələb birinci rüb ilə müqayisədə artıb. Belə ki, əgər ilin birinci rübündə notların ümumi yerləşdirilməsi 45 milyon manat təşkil edibsə, 2010-cu ilin ikinci rübündə bu rəqəm 28 faiz artaraq 63 milyon manat təşkil edib. Notların gəlirliliyi 1 faiz səviyyəsində qalıb.
Dövlət qısamüddətli istiqrazların təkrar bazarında isə canlanma qeydə alınıb. Belə ki, birinci rübdə təkrar bazarda aparılmış əməliyyatların həcmi 12 milyon manat olduğu halda, ikinci rübdə bu rəqəm 5 dəfə artaraq 63,4 milyon manat olub. Dövlət qısamüddətli istiqrazların müddət strukturunda bir illik istiqrazlar əsas paya malik olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: