Mərkəzi Bankın notları yerləşdirilib
17 Avqust 2011 Çərşənbə 19:18
Bakı Fond Birjasında keçirilən hərracda 5 investor iştirak edib
Bakı Fond Birjasında ümumi məbləği 10 milyon manat, hərraca çıxarılan məbləği 5 milyon, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərracda 5 investor iştirak edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği 16 milyon 514 min 300 manatdır. Notlar sentyabrın 14-də ödəniləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar