Mərkəzi Bankın notları yerləşdirilib
18 Avqust 2010 Çərşənbə 17:55
Bakı Fond Birjasında keçirilən hərracda 2 investor iştirak edib.
Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50103225S dövlət qeydiyyat nömrəli, ümumi həcmi 5 milyon manat, hərraca çıxarılan həcmi 4 milyon, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərracda 2 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 9 401 800 manat təşkil edib.

Sifarişlər 99.9226 faiz (gəlirlik 1.00 faiz) qiymətində təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti – 99.9226 faiz (gəlirlik 1.00 faiz), orta ölçülmüş qiymət – 99.9226 faiz (gəlirlik 1.00 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 4 milyon manat məbləğində müəyyən edilib, о cümlədən 800 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla. Notların ödəmə tarixi 15 sentyabr 2010-cu ildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar