Mərkəzi Bankın notları yerləşdiriləcək
25 İyul 2011 Bazar Ertəsi 19:25
Hərraca 5 milyon manat qısamüddətli notlar çıxarılacaq.
Bu ilin iyul ayının 27-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat №-si 50102930S, ümumi həcmi 15 milyon manat, hərraca çıxarılan həcm 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 24 avqust 2011-ci ildir.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar