Mərkəzi Bankın notları yerləşdiriləcək
20 İyun 2011 Bazar Ertəsi 18:44
Mərkəzi Bankın notları yerləşdiriləcək. Hərraca çıxarılan notların həcmi 35 milyon manat təşkil edəcək.
Bu ilin iyun ayının 22-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlkumata görə, notların dövlət qeydiyyat №-si 50102430S, ümumi həcmi 50 milyon manat, hərraca çıxarılan həcm 35 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 20 iyul 2011-ci ildir.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar