Mərkəzi Bankın notları yerləşdiriləcək
13 İyul 2010 Çərşənbə Axşamı 18:35
Sabah Bakı Fond Birjasında hərrac keçiriləcək.
Sabah saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə,qısamüddətli notların dövlət qeydiyyat №-si 50102725S, ümumi həcmi 6 milyon manat, hərraca çıxarılan həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, son ödəmə tarixi isə 11 avqust 2010-cu ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı buraxılışın 20 faizindən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: