Mərkəzi Bankın 11 222,2 min manatlıq notları yerləşdirilib
14 Dekabr 2011 Çərşənbə 18:42
Bakı Fond Birjasında keçirilən hərracda 4 investor iştirak edib.
Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50104930S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 20 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 11 222 200 manat təşkil edib. Sifarişlər 99.7980% (gəlirlik 2.60%) və 99.7672% (gəlirlik 3.00%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.7672% (gəlirlik 3.00%), orta ölçülmüş qiyməti – 99.7848% (gəlirlik 2.77%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 11 222 200 manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 11 yanvar 2012-ci ildir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar