Mərkəzi Bankın 6 milyon manatlıq notları yerləşdirilib
09 İyun 2010 Çərşənbə 18:35
Bu gün Fond Birjasında qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu gün Fond Birjasında Mərkəzi Bankın 50102225S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 6 milyon manat, hərraca çıxarılan həcmi – 6 milyon, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərracda 3 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 24 006 000 manat təşkil edib.

Sifarişlər 99.9226 faiz (gəlirlik 1.00 faiz) qiymətində təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti – 99.9226 faiz (gəlirlik 1.00 faiz), orta ölçülmüş qiymət – 99.9226 faiz (gəlirlik 1.00 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 1 200 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 6 milyon manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 07 iyul 2010-cu ildir. Notların mülkiyyət hüquqlarının uçotu BFB-in depozitarisində aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar