Mərkəzi Bankın 6 milyon manatlıq notları yerləşdiriləcək
16 İyun 2010 Çərşənbə 11:10
Bu gün Bakı Fond Birjasında qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac növbəti keçiriləcək.
Bu gün iyunun 16-da saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi 50102325S, ümumi həcmi 6 milyon manat, hərraca çıxarılan həcm 6 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 14 iyul 2010-cu ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: