Mərkəzi Bankın 5 milyon manatlıq notları yerləşdiriləcək
11 May 2010 Çərşənbə Axşamı 18:21
Sabah Bakı Fond Birjasında hərrac keçiriləcək.
Sabah saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, notların dövlət qeydiyyat №-si 50101825S, ümumi həcmi 5 milyon manat, hərraca çıxarılan həcm 4 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 09 iyun 2010-cu ildir.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar