Mərkəzi Bank uçot dərəcəsini qaldırdı
28 Fevral 2011 Bazar Ertəsi 20:16
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı. Martın 1-dən uçot dərəcəsinin 3 faizdən 5 faizədək qaldırılması barədə qərar qəbul olunub.
Mərkəzi Bank öz fəaliyyətinin bəyan olunmuş istiqamətlərinə uyğun olaraq qiymət sabitliyinin qorunmasına yönəlmiş məqsədyönlü tədbirləri davam etdirir. Mərkəzi Bankın İdarə Heyəti 1 mart 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 3%-dən 5%-ə qaldırılması barədə qərar qəbul edib. Bankın mətbuat xidmətinin ANS PRESS-ə verdiyi xəbərə görə, bu qərar eyni zamanda maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəlib.
Pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 0.5%-dən 2%-ə qaldırılması barədə də qərar qəbul edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: