Mərkəzi bank sədri narazılıq etdi
15 İyul 2014 Çərşənbə Axşamı 12:56
Mərkəzi Bank hazırda özəl bankların verdiyi istehlak kreditlərinin faiz dərəcəsinin çoxluğundan narazıdır.
Bu barədə Mərkəzi Bankın baş direktoru Rəşad Orucov ANS-ə məlumatında bildirib. Onun sözlərinə görə istehlak kreditləşməsində artan rəqabət banklarda faizlərin aşağı salınmasına səbəb olur. Amma bu faizlərin hələ də aşağı salınması üçün imkanlar var.
"Mərkəzi Bank olaraq faiz dərəcələrindən biz də məmnun deyilik. Bütün banklarda fazilərin aşağı salınması üçün işlər aparılmalıdır", - deyə Rəşad Orucov bildirib.
DOSTLARINLA PAYLAŞ: