Mərkəzi Bank aldığı manatı sata bilmir
09 May 2009 Şənbə 19:05
Vüqar Bayramov: "Manatın satılması üçün təkcə manata tələbatın olması deyil, eyni zamanda iqtisadiyyatın həmin manatı həzm etməsi imkanları olmalıdır" Mərkəzi Bank

 

"Manatın məzənnəsinin saxlanılması ilə bağlı Mərkəzi Bankın (MB) intervensiyası (manatın aınması və dolların dövriyyəyə çıxarılması) bir sıra hökümət qurumları, eyni zamanda parlamentarilər tərəfindən itgi kimi qiymətləndirilmir. Onların sözlərinə görə gələcəkdə ancaq manat və dolların arasında alış və satışın məzənnə fərqi olacaq. Ancaq mən bununla razılaşmıram". Bu barədə İqtisadi Araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib.

Ekspert MB-ın itkilərinin yalnız bir valyutanın alınıb, digər valyutanın satılması kimi kimi xarakterizə edilməsinin iqtisadi baxımdan doğru olmadığını qeyd edib: "MB aldığı manatı sata bilmir. MB real işləmə gücü olan dolları bazarda həzm edir. Amma müqabilində satılmaq imkanları olmayan manatı alır. Dövriyyəyə çıxarılan dolların bir qismi Azərbaycanın ərzaq və qeyri ərzaq malları idxal etməsi nəticəsində ölkəni tərk edir. Digər tərəfdən MB aldığı manatı satarsa, bu manatın kəskin aşağı düşməsinə gətirib çıxarcaq. Manatın satılması üçün təkcə manata tələbatın olması deyil, eyni zamanda iqtisadiyyatın həmin manatı həzm etməsi imkanları olmalıdır".

Vüqar Bayramovun fikrincə, MB-ın manatın məzənnəsini saxlamaq imkanları gələcəkdə tükənərsə və devalivasiya baş verərsə, o zaman artıq MB-ın aldığı manatın dollar ifadəsində dəyəri də azalacaq. MB aldığı valyutanı sata bilmirsə, bu, itkidir. MB aldığı valyutanı istənilən vaxtı bazarda çıxarıb sata bilmir. O zaman bir valyutanın satılıb, digər valyutanın alınması xarekterizə oluna bilərdi ki, həmin valyutanı MB istənilən vaxt sata bilərdi. Bu gün MB həmin valyutanı sata bilmir. Həmin valyutanı nə vaxt satacaq ,o da bilinmir. Bu zaman isə MB dollar ehtiyatlarından istifadə edir.
Ekspertin sözlərinə görə manatın Azərbaycandan kənarda satılma imkanları yoxdur. Dollar satılırsa və manat dövriyyədən çıxarılırsa, yəni MB aldığı vəsaiti idarə edə bilmirsə, deməli burada itki var: "Çünki MB bir milyard dolları satıb, halbuki bir milyard dolları MB idarə edib gəlir əldə edə bilərdi. Onun müqabilində 800 milyon manat alıb. Həmin 800 milyon manatı isə MB sadəcə saxlayır və iqtisadi baxımdan valyutanın saxlanılması, yığım funksiyası yerinə yetirməsi itkidir. MB-ın bu itgiləri məzənnə fəriqi ilə əlaqələndirməsi iqtisadi baxımdan əsaslandırıla bilməz, çünki həmin valyutanın istifadə edilməməsi nəticəsində yaranan itkilər var. Nəzərə alsaq ki, manatın məzənnəsi aşağı düşəcəyi təqdirdə, kifayət qədər real itgilərdən söhbət gedəcək. MB-ın bu açıqlaması ilə razılaşmaq mümkün deyil. Çünki bu, iqtisadi baxımdan itkidir".

Məlumat üçün bildirək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ilin əvvəlindən bəri tələbatı ödəmək və valyuta məntəqələrində stabilliyi qoruyub saxlamaq üçün bazara bir milyard dollar çıxarıldığını bildirb, ancaq E.Rüstəmov bunun itki kimi yox, bir valyutanın digərinə dəyişdirilməsi kimi qeyd edib.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar