Mərkəzi Bank 4 kredit ittifaqının lisenziyasını ləğv edib
10 Dekabr 2010 Cümə 12:15
Bu təşkilatlar mütəmadi olaraq fəaliyyətlərində pozuntulara yol verirdilər
Mərkəzi Bank fəaliyyətlərində sistematik pozuntularla əlaqədar olaraq dörd kredit ittifaqının məhdudlaşdırılmış bank fəaliyyətinə lisenziyalarını ləğv edib. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məluma görə, hesabatlığın təqdim edilməsi qaydalarını pozduğuna, illik auditdən keçmədiyinə, iqtisadi normativləri müntəzəm pozduğuna görə Lənkaran rayonunda fəaliyyət göstərən "Separadi" kredit ittifaqının lisenziyası ləğv edilib.

Bundan əlavə iqtisadi normativləri müntəzəm pozduğuna, illik auditdən keçmədiyinə görə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda fəaliyyət göstərən "Batabat", Lerikin "Dagli" və Qəbələnin "Tuntul" kredit ittifaqlarının lisenziyası ləğv edilib. Bu kredit ittifaqlarına ləğv edilmə üzrə müvafiq işlər görmək həvalə edilib.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyətə lisenziyaya malik kredit ittifaqlarının sayı 78-ə qədər azalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar