Mərkəzi Bank 2 milyon istiqrazını hərraca çıxarıb
18 Noyabr 2010 Cümə Axşamı 17:55
Hərrac bu gün Bakı Fond Birjasında keçirilib
Bu gün Bakı Fond Birjasında Mərkəzi Bankın 50104525S dövlət qeydiyyat nömrəli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, keçirilən hərracların ümumi həcmi 5 000 000 manat, hərraca çıxarılan istiqrazıların həcmi 2 000 000, bir notun nominal dəyəri isə 100 manat olub. İstiqrazların tədavül müddəti 27 gün gündür.
Hərracda 3 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 13 007 000 manat təşkil edib.
Qeyd edək ki, notların son ödəmə tarixi 15 dekabr 2010-cu ildir. Notların mülkiyyət hüquqlarının uçotu BFB-in depozitarisində aparılır.
DOSTLARINLA PAYLAŞ: