Meqa Sığorta növbəti iri ödənişini edib
25 İyul 2012 Çərşənbə 18:43
Meqa Sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair daha bir iri ödənişi həyata keçirib.
“Meqa Sığorta” şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair daha bir iri ödənişi həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı şəhəri Zığ şossesi yaxınlığında baş vermiş yol qəzası ilə bağlı olub.
Belə ki, yol nəqliyyat hadisəsi zamanı “Meqa Sığorta” ASC-də sığortalı olan “Ford Cargo 2526” markalı yük maşının sahibi tərəfindən iki fərqli əmlaka zərər törədilib. Dəyən zərər üzrə 5 000 manat məbləğində sığorta ödənişi mütənasib olaraq 3 792 manat və 1 208 manat ödəniş təqdim olunub.
Qeyd edək ki, qəzanın səbəbi hərəkət şəraitini və nəqliyyat vasitəsinin xüsusiyyətini nəzərə almamaq olub.
DOSTLARINLA PAYLAŞ: