Mənfəətlə işləyən bank Azər-Türk-Bank
25 Dekabr 2009 Cümə 15:20
“Azər-Türk-Bank”ın kredit portfeli 28.333,72 manat təşkil edib
“Azər-Türk-Bank” ASC-nin bu ilin dekabr ayının 1-nə olan müddətdə aktivlərinin məbləği 52.316,02 manata çatıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu müddət ərzində bankın kredit portfeli 28.333,72 manat təşkil edib.

Bankın 11 ay ərzində istehlak kreditlərinin cəmi bank öhdəlikləri 39.554,37, depozitləri isə 36.853,24 manat olub. Əhalinin əmanətləri 15.070,35 manat, tələb olunanadək əmanətlərin miqdari 6.650,76 manat, müddətli əmanatləri isə 8.419,59 manat olub.

Bankın məcmu kapitalı 12.257,46 manat, nizamnamə kapitalı 10.000,00 manat olub. 2009-cu ilin 11 ayı ərzində bankın xalis mənfəəti vergilər çıxıldıqdan sonra 1.968,33 manat təşkil edib.

“Azər-Türk-Bank”ın aktiv plastik kartlarının sayı 1.147, fəaliyyət göstərən bankomatların sayı 4, fəaliyyət göstərən pos-terminallarının sayı 20 ədəddir. Bankın ümurespublika üzrə 3 filialı var.

Qeyd edək ki, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti 25.05.1995-ci ildə Türkiyənin “T.C.Ziraat Bankası A.Ş”. və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilib və Azərbaycan Respublikası Milli Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlayıb. Hazırda bankın səhmdarları “T.C.Ziraat Bankası A.Ş”. (46,00 faiz), “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (46.00 faiz), “Ziraat Bank İnternational AG” (4,00 faiz) və “Turanbank” ASC-dir (4,00 faiz).

"Azər-Türk Bank" ASC Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasıyasının, Bakı Fond Birjasının, "MilliKart" Prosessinq Mərkəzinin, SWIFT ödəniş sisteminin, habelə "Western Union", "XPress Money", "MİGOM" və "Bıstraya Poçta" beynəlxalq təcili pul köçürmə sistemlərinin, eyni zamanda "MasterCard İnternational" beynəlxalq kart təşkilatının üzvüdür. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar