Mənfəətini 10 dəfə artıran bank - Dekabank
16 Dekabr 2009 Çərşənbə 17:35
DekaBank 2,38 milyon manat xalis mənfəət əldə edib
"DekaBank" Açıq Səmdar Cəmiyyəti (ASC) bu ilin yanvar-noyabrında 2,38 milyon manat xalis mənfəət əldə edib. Bu, bütün ötən illə müqayisədə 10 dəfə çoxdur. Bankın gəlirləri 4,77 milyon manata qədər artıb, xərcləri 2,39 milyon manata qədər azalıb.

Bankın aktivləri ilin əvvəlindən 18,4 faiz artaraq 32,4 milyon manata çatıb. Hesabat dövtründə kreditləşmə 7,9 faiz artaraq 26,3 milyon manat olub.
Bankın ümumi öhdəlikləri 14,1 milyondan 17,68 milyon manatadək artıb. Depozit portfeli 66,8 faiz genişlənərək 8,69 milyon manat təşkil edib. Müddətli müştəri əmanətləri 8,16 milyon manat olub.

Balans kapitalı 11 faiz artaraq 14,72 milyon manata çatıb, məcmu kapital 14,7 faiz artaraq 12,3 milyon manatı keçib. Ödənilmiş nizamnamə fondu 9,59 milyon manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda ilk özəl bank olaraq “DekaBank” öz fəaliyyətinə 1989-ci ildə kooperativ bank kimi başlayıb. Bank Azərbaycan Respublikasının Milli Bankında yenidən qeydiyyatdan keçib 09 dekabr 1992-ci ildən etibarən kommersiya bankı kimi, 68 No-li lisenziya əsasında, fiziki və hüquqi şəxslərə çox saylı xidmətlər göstərir.
Hazırda bank kassa-hesabat, kredit, depozit, plastik kart əməliyyatları aparır və dünyanın istənilən nöqtəsinə valyuta ödənişləri üzrə xidmətləri göstərir. Bankın fəaliyyətinin əsas istiqaməti məhz kredit verilməsidir. Xidmət metodlarının təkmilləşdirilməsi və yeni texnologiyalara qoşulması məqsədi ilə, bank 2001- ci ildə lazımi avadanlıq əldə edərək ümümdünya maliyyə ödəmələri sisteminə (S.W.İ.F.T.-DEKBAZ22) keçib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar