Mənfəəti 72,4 faiz artan bank - Bank Nikoil
13 Yanvar 2011 Cümə Axşamı 17:40
Bank Nikoil 3,53 milyon manat xalis mənfəət əldə edib.
"Bank Nikoil" ASC 2010-cu ilin yekunu üçün vergi ödənilənə qədər 3,53 milyon manat xalis mənfəət əldə edib. Bu, bir il əvvəlkindən 72,4 faiz çoxdur. Bankın gəlirləri 30,69 milyon manat, xərcləri 27,15 milyon manat olub. Onlar müvafiq olaraq 22,5 faiz və 27,4 faiz azalıb.

Aktivlər ötən il 13,7 faiz azalaraq 178,33 milyon manata düşüb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 6,57 milyon manat və ya 4,6 faiz artaraq 149,8 milyon manat olub.

Bankın ümumi öhdəlikləri 174,89 milyon manatdan 143,61 milyon manata azalıb. Depozit portfeli 9,88 milyon manat və ya 17,6 faiz genişlənərək 65,54 milyon manat, o cümlədən müddətli depozitlər 17,4 faiz artaraq 54,72 milyon manat olub.

Balans kapitalı 9,5 faiz artaraq 34 milyon manata çatıb, məcmu kapital 10 faiz artımla 32,87 milyon manat olub. Ödənilmiş nizamnamə fondu 22,5 milyon manat səviyyəsində qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar