MDB İqtisadi Şuranın iclası öz işinə başlayıb
17 Noyabr 2010 Çərşənbə 12:40
MDB İqtisadi Şuranın iclası Sankt Peterburqda keçirilir.
Bu gün Sankt - Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şuranın iclası işinə başlayıb. İclasın gündəliyinə 14 məsələ daxil edilib.

Toplantıda istehlakçıların hüquqlarının müdafiəsi üzrə əməkdaşlıq şurasının yaradılması, üzv ölkələrin sərhədyanı zonalarında əməkdaşlığına dair konvensiyanın icrası, vergi xidməti rəhbərlərinin əlaqələndirmə şurasının fəaliyyəti və digər məsələlər müzakirə olunacaq. Bununla yanaşı, MDB-yə üzv ölkələrin ticarət siyasətini də nəzərdən keçiriləcək.

İclasda, həmçinin MDB məkanında 2020-ci ilədək iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən konsepsiya layihələrinin hazırlanıb həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar